dini radikalizm və ekstremizmlə mübarizə

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi hissədə görüş keçirilib


Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi "Əsgərə məktub” layihəsi çərçivəsində "N” nömrəli hərbi hissədə görüş keçirib.
Görüşdə Gəncə şəhər Paşa Hüseynov adına Futbol Təmayüllü İnternat tipli Gimnaziyanın şagirdləri, onların müəllim və valideynləri iştirak edib.
Görüş zamanı Azərbaycan Ordusunun yaranma tarixi, hərbi hissənın keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilib, şagirdlərin hərbi qulluqçular üçün yazdıqları məktublar oxunub. Məktəblilər hərbi vətənpərvərlik mövzusunda şeirlər söyləyib və mahnılar ifa ediblər.
Əsgərlər onlara ünvanlanan məktublara cavab yazdıqdan sonra xatirə şəkli çəkdirilib.

Oxunub: 690
Oxşar xəbərlər
SON XƏBƏRLƏR