dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğandan nəhəng həmlə - 15 ölkə hədəf seçildi

Ərdoğandan nəhəng həmlə - 15 ölkə hədəf seçildi
Türk iş adamlarının fərqli bazarlar haqqında doğru və vaxtında məlumatlandırılması, bu bazarlara giriş fəaliyyətlərinin daha intensiv və təsirli hala gətirilməsi üçün Türkiyənin İqtisadiyyat Nazirliyinin Xarici Ticarət İdarəsi nəzdində yaradılan Bazara Giriş Komitəsi 2018-2019-cu illərin hədəf ölkələrini müəyyən edib.

Axar.az xəbər verir ki, komitənin müəyyən etdiyi hədəf ölkələr sırasına Almaniya, ABŞ, Çin, Efiopiya, Cənubi Koreya, Hindistan, İraq, Yaponiya, Qətər, Keniya, Ukrayna, Meksika, Rumıniya və Rusiya daxil edilib. Sözügedən komitə 5 fərqli qitənin 15 ölkəsində türk ixracatçılara məlumat və təşəbbüs göstərmək üçün dəstək verəcək.

Ərdoğan iş başında

Müəyyən edilən hədəf ölkələrlə Türkiyə arasındakı ixrac potensialının artırılması üçün ölkə başçısı Rəcəb Tayyib Ərdoğan da təşəbbüs göstərəcək. Bu çərçivədə ilk addım Cənubi Koreyada artıq atılıb. Ərdoğan ikitərəfli ticarət anlaşmaları sahəsində Mun Çje İnlə vacib sazişlər imzalayıb. Qalan 14 hədəf ölkə üçün isə 24 iyun prezident və parlament seçkilərindən sonra fəaliyyətə başlanılacaq.

Ərdoğanı gerçəkləşdirəcəyi diplomatik səfərlərdə İqtisadiyyat naziri Nihat Zeybəkçi və iş adamlarından ibarət heyət də müşayiət edəcək.

Oxunub: 602
Oxşar xəbərlər
SON XƏBƏRLƏR