dini radikalizm və ekstremizmlə mübarizə

Əfv Komissiyasının növbəti iclası keçirilib

Əfv Komissiyasının növbəti iclası keçirilib


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bunu Komissiyanın üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, iclasda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid qeyd edib ki, Komissiyanın bu həftə ərzində daha bir neçə iclas keçirərək ərizələrə baxılmasını yekunlaşdıracağı gözlənilir.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Oxunub: 614
Oxşar xəbərlər
SON XƏBƏRLƏR