dini radikalizm və ekstremizmlə mübarizə

Rüstəmsiz keçən 2 il

Rüstəmsiz keçən 2 il

2016-cı il aprel ayında ermənilərin atəşkəsi pozması nəticəsində 2 günlük qızğın müharibə başlandı. Həmin müharibədə Azərbaycanımızın ərazi bütövlüyü naminə canından və qanından keçib şəhidlik zirvəsinə ucalan qardaşlarımızdan biri də Mingəçevir şəhər sakini 1983-cü il təvəllüdlü, 2 oğul atası Əhmədov Rüstəm Oruc oğlu oldu. 2 bacının bir qardaşı olan Rüstəm aprel döyüşlərində özü ilə bərabər 18 əsgərin həyatını xilas edərkən düşmən gülləsinə tuş gələrək şəhid olub. Yaxın günlərdə Djb.az saytının əməkdaşı olaraq Rüstəmgilin asiləsini ziyarətə getdiyimizdə qapını üzümüzə açan şəhidimizin atası üzü nurlu Oruc ata kədərli və sevincli baxışları ilə bizi evinə dəvət etdi. Getməyimizin məramını Oruc ataya bildirdikdə Oruc ata ilə bərabər anası Saqibə ananın üzündə sevinc göz yaşları göründü. Məramımız Rüstəmə video hazırlamaq olduğundan bu təklifimizi dəyərləndirib razılıq əldə etdikdən sonra çəkilişimizə başladıq.
Hörmətli oxuyucularımız Djb.az-ın xüsusi müxbiri Samin Tağıyevin hazırladığı videonu təqdim edirik.

Oxunub: 1 738
Oxşar xəbərlər
SON XƏBƏRLƏR