Alov dilli, ürəklərin odu sən,
Azadlığın, al bayraqlı yolu sən,
Nankor, nadan əyə bilməz qolunu-
Vətənimin göyə qalxan qolu sən!
Xainləri baxışınla əzirsən,
Bu dünyanı başı uca gəzirsən…
Naşı bilməz, nadan görməz izini-
Hardan gəlib, hara getdin bilirsən…
Cənnətə döndərdin vətənimizi,
Dünyaya tanıtdın irs, ismimizi
Sözünün başında “Qarabağ” dedin
Sən varkən kim kəsər Haqq səsimizi?
Bir qarış torpağı, bir qarış yurdu,
Yağıya-yadlarda verən deyilsən!
Sən elə oğulsan, elə balasan,
Əsən rüzgarlardan solan deyilsən!
Deyirlər: Bitərmiş ot kökü üstə,
Bitib beləcənə böyüdü, İlham…
Xalqın, millətinin qüruru oldu,
Her yerde dillerde öyüldü İlham!
Millətim “İlhamla irəli!” dedi,
Günəşə açılan səhərim dedi.
Sən elə sevildin, elə seçildin-
Uşaqdan-böyüyə Rəhbərim dedi.
Nəzmiyyə Hicran
Türkiye/Sakarya,
Oxunub: 1 941