dini radikalizm və ekstremizmlə mübarizə

Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar

Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar
Abşeron rayon Təhsil şöbəsi, Abşeron rayon Mədəniyyət Mərkəzi və "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin birgə təşkilatçılığı ilə 31 mart-Dünya Azərbaycanlılarının soyqırımı gününə həsr edilən tədbir keçirildi.Tədbir iştirakçıları öncə 100 il öncə erməni daşnakları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş günahsız insanların, habelə, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olanların əziz xatirəsini 1 dəq.sükutla yad etdilər.Abşeron rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu, Tovuz rayon Sosial-İqtisad Kollecinin müəllimi Rəsmiyyə Rzayeva, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbin 8 c sinif şagirdi Sərfinaz Mərdanlı çıxış edərək erməni terrorçularının Türk dünyasına qarşı apardığı terroçuluq hərəkətlərini qətiyyətlə pislədilər.
"Salnamə" studiyasının istehsalı olan "Həqiqətin üzü"sənədli filminə baxış oldu.Daha sonra rayon Mədəniyyər Mərkəzinin gənc aktyorları maraqlı məqama toxundular.

Şamilə Şamilqızı,
"xebertv.az" və "fact-info.az" saytlarının xüsusi müxbiri.

Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar
Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar
Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar
Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar
Abşeron rayonunun təhsil işçiləri soyqırım qurbanlarını andılar

Oxunub: 832
Oxşar xəbərlər
SON XƏBƏRLƏR