dini radikalizm və ekstremizmlə mübarizə

Mənim Prezidentim

Mənim Prezidentim
Siz dünya birliyinin gözündə müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin möhkəm əsasını qoymuş dahi atanızın işinin layiqli davamçısısınız. Azərbaycanın davamlı inkişafı ilə bağlı irimiqyaslı məsələlərin müvəffəqiyyətlə həlli, firavan və sürətlə tərəqqi edən dövlətlərdən biri kimi beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi sizin adınızla bağlıdır. Əminəm ki, öz uzaqgörən siyasətinizlə Azərbaycanı xalqını bir bayraq altında birləşdirəcək və nəinki Qafgqazda ,ümumən bütün dünyada güclü iqtisadiyyata və hərbi gücə malik bir inkişaf etmiş dövlətə çevirəcəksiniz.Uzun illər boyu Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması, dövlətimizin daha da qüdrətlənməsi istiqamətində gördüyünüz işlər bizi sabaha inamla addımlamağa çağırır. Yaxın keçmişə nəzər saldıqda bugünkü tərəqqiyə, inkişafa, insanların yaxşı yaşamasına, yaradılan şəraitə görə sevinməmək mümkün deyil. Son bir neçə il ərzində Lənkəranda aparılan tikinti-quruculuq işləri, kənd təsərrüfatının inkişafı, rayonun çətin dağlıq ərazilərində yerləşən kəndlərin qazlaşdırılması, elektrik təchizatının yaxşılaşdırılması, fasiləsiz telekommunikasiya xidməti, yolların təmiri, iş adamlarına yaradılan şərait, gənclərimizin iş yerləri ilə təmin olunması bizi çox sevindirir. Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına göstərdiyiniz diqqət və qayğı bizə verdiyiniz dəyərin və qiymətin ən bariz nümunəsidir.Əziz Prezidentimiz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində beynəlxalq aləmdə nüfuz qazanan Azərbaycan dünyanın əksər dövlətləri ilə əməkdaşlığı genişləndirir. Bu isə övladlarımızın xarici ölkələrdə təhsil almalarına və zəngin təcrübə qazanmalarına şərait yaradır.Apardığınız məqsədyönlü siyasəti daim dəstəkləyən, dövlətçiliyimizin müdafiəsi və möhkəmlənməsi naminə ətrafınızda sıx birləşən minlərlə Lənkəranli kimi, biz də bu firavan və xoşbəxt günümüzə görə Sizə dərin minnətdarlığımızı və hörmətimizi bildiririk. Sizi əmin edirik ki, bundan sonra da xalqımıza, dövlətimizə və Prezidentimizə məsuliyyətlə xidmət edəcəyik.Siz zəngin biliyiniz və təcrübəniz sayəsində ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ölkəmizin gündən-günə çiçəklənməsini təmin etmişiniz. Bu, sağlam düşüncəli hər bir gənc kimi mənim də ürəyimcədir.Cənab Prezident, gördüyünüz bütün işlərə görə uca tanrıdan sizə uzun ömür, möhkəm cansağlığı, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıram. Növbəti qarşıda gələn seçkilərdə prezidentliyə sizdən başqa layiqli namizəd görmürəm.Onu da vurğulamaq istəyirəm ki, biz sizin müdrik rəhbərliyiniz altında həyata keçirilən bütün işləri bundan sonra da dəstəkləyəcəyik.Sizin rəhbərliyiniz ilə həyata keçirilən tədbirlər və qəbul edilən sənədlər deməyə əsas verir ki, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də qazanılan yüksək nailiyyətlər gündən-günə inkişaf edən ölkəmizin parlaq gələcəyinin müjdəçisidir.İnanırıq ki, müstəqil Azərbaycanın parlaq sabahları üçün ən dəyərli namizəd olaraq siz bu seçkilərdə xalqımızın böyük sevgisi ilə bir daha qələbə qazanacaqsınız.

Axundov Böyükağa Salam oğlu
Yeni Azərbaycan Partiyasının Lənkəran Şəhər Təşkilatının məsləhətçisi

Oxunub: 842
Oxşar xəbərlər
SON XƏBƏRLƏR