dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib



Prezident İlham Əliyev Albaniya prezidenti İlir Meta ilə görüşüb. İki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirib. Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. İlir Meta Albaniyada TAP-ın icrası ilə bağlı işlərin uğurla getdiyini bildirib. O qeyd edib ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.

Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğulayıb. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlət başçısı bu layihənin əhəmiyyətinə toxunub. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırladıb.

Prezident İlham Əliyevin daha sonra Bosniya və Herseqovinanın rəyasət heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub. Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.

Prezidenti İlham Əliyev Makedoniya Respublikasının prezidenti George İvanov ilə də görüşüb. Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlət başçısı Georgi İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb.

Georgi İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Georgi İvanov prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Dövlət başçısı Moldova Respublikasının prezidenti İqor Dodon ilə də görüşü olub. Dövlət başçısı Moldova prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu və gələcəkdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd edib. İki ölkə arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Moldova prezidenti yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu deyib. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini vurğulayıb. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməl daşının qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini deyib.

Prezident həmçinin forumda iştirak edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlini türkdilli ölkələr arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirilməsinə görə və ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannisi isə bəşəri dəyərlərin təşviqindəki fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə "Dostluq" ordeni ilə təltif edib. Hər iki şəxs bu mükafatın verilməsinin onlarda böyük qürur hissi doğurduğunu bildiriblər və "Dostluq" ordeninə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Oxunub: 676
Oxşar xəbərlər
SON XƏBƏRLƏR