dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda itaətsizlik başlayır – ölkə qarışır

Ermənistanda itaətsizlik başlayır – ölkə qarışır
Martın 2-də Ermənistan formal da olsa, yeni prezidentini seçdi - bu dəfə parlamentdə. Böyük Britaniyadakı sabiq səfir və iş adamı Armen Sərkisyan növbəti 5 il üçün Serj Sərksyanı bu postda əvəzləyəcək. Aprelin 9-a onun andiçməsi nəzərdə tutulub.

Armen Sərkisyan seçilən kimi Serj Sərkisyanla görüşdən sonra bəyan edib ki, hazırkı siyasi kursa sadiq qalacaq - o cümlədən Dağlıq Qarabağ məsələsində. Bu da faktiki, o anlama gəlir ki, erməni əhalisinin iqtisadi-sosial durumunda yaxşıya heç bir dəyişiklik baş verməyəcək. Çünki mövcud siyasət ölkə qarşısında duran əsas və üzücü problem kimi Qarabağ ixtilafının həllinə yox, onun uzanmasına xidmət edir. Deməli, ölkədən kütləvi köç davam edəcək, işğalçı ölkənin blokada rejimi daha da sərtləşəcək, iş yerləri daha da azalacaq, dolanışıq bir az da qəlizləşəcək, orduya çağırışçı problemi bundan da sərt xarakter alacaq. /Musavat.com/

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR