02 fevral 2018- ci il tarixdə İmişli rayon MKS-nın Mərkəzi kitabxanasında Gənclər Günü münasibətilə açıq havada “ Gənclər mütaliə edir” devizi altinda “ Açıq kitabxana Günü ” keçirildi. Tədbirə toplaşan gəncləri İmişli MKS-nın direktoru Lətifə Məmmədova salamlayıb, Gənclər Günü münasibətilə onları təbrik etdi. Gün ərzində davam edən tədbirdə İmişli gəncləri, məktəblilər uşaq ədəbiyyatı, Azərbaycan və dünya ədəbiyyatı, eyni zamanda yeni alınmış kitablarla tanış oldular!