dini radikalizm və ekstremizmlə mübarizə

ƏLİYEV KAMİL YUSİF OĞLU

ƏLİYEV KAMİL YUSİF OĞLU
08 noyabr 1928-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1947-1953-cü illərdə BDU-nun Filologiya fakültəsində təhsil almışdır. 1963-cü ilədək orta məktəblərdə müəllim, direktor vəzifələrində çalışmışdır.
1963-1968-ci illərdə AMEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda işləmişdir. 1967-ci ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1971-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında dosent, 1991-ci ildə professor vəzifəsində fəaliyyət göstərmişdir.
K.Y.Əliyev üslubiyyat, nitq mədəniyyəti və natiqlik sənəti məsələlərinə dair elmi-tədqiqat işləri aparmışdır. O, “Natiqlik sənəti”, “Azərbaycan ədəbi dilinin üslubiyyatı”, “Nitq mədəniyyətinin əsasları” kimi kurslar aparmışdır. Onun təşəbbüsü ilə “Natiqlik sənəti” adlı xüsusi kurs təşkil edilmiş və hüquqşünaslıq, şərqşünaslıq fakültələrinin də tələbələri “Nitq mədəniyyətinin əsasları”nı mənimsəməyə başlamışlar. 1971-1972-ci illərdə universitetdə rus bölmələri üzrə ərəb və fars dillərindən də dərs demişdir.
Onun qələmindən çıxmış “Natiqlik sənəti” və “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” adlı dərsliklərindən həm tələbələr, həm də professor-müəllim heyəti geniş istifadə edir.
13 kitabı və 200-dən artıq elmi məqaləsi çap edilmişdir.

QARDAŞ
Adınla fəxr etdik, hər zaman, hər an,
Sən bizim nəs (i)lin sanıydın, qardaş.
Şöhrətin dillərdən-dillərə düşüb,
Elimin, obamin şanıydın, qardaş.
Atalı adıyla atasız qaldin.
Yükün ağırlığın ciyinə saldin.
Sevinə bilmədin, qəhərə doldun.
Nisgilin, kədərin qınıydın, qardaş.
İlk alimi oldun bu doğma elin.
Neçə insanların tutdun sən əlin.
Öyrədəni idin Azəri dilin.
Biliyin, savadin kanıydın, qardaş.
Dar gün dostu olub haya qaçmısan,
Yolu kəsilənin yolun açmısan.
Önlərində durub şəfəq saçmısan,
Açılan səhərin danıydın ,qardaş.
Olmuşdun Seyyidi arxa-dayağı,
Dözməzdin bir daşa dəysə ayağı.
Canıydın, qəlbiydin, həm tutacağı.
Damarında axan qanıydın, qardaş.
16.06 2014


Aqşin Mistanlı
Araşdırmaçı-Tarixçi

Oxunub: 2 293
Oxşar xəbərlər
SON XƏBƏRLƏR