dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidləri unutmaq bir cinayətdir

Şəhidləri unutmaq bir cinayətdirZaman kecdikcə qəhrəman oğullarimizin döyüş yolu yenidən anilir və unudulmur. Şəhidi unutmaq özü bir cinayətdir. Onlardan biridə Salyanin Şəhidlər Xiyabaninda uyuyan "Azərbaycan Bayraği" ordenli Şəhid Kapitan Elsevər Sabir oglu Hüseynovdur.
E.Hüseynov 1965-ci ildə Salyanda dünyaya göz acib. E.Hüseynovun atasi Sabir kişi, anasi Arifə xanim hər ikisi müəllim idi.E.Hüseynov kiçik yalarindan yurdsevərlik, vətənpərvərlik hisləri ilə tərbiyə olunmuşdu.
1979-cu ildə "Cəmşid Naxcivanski" adina hərbi məktəbə daxil olur.Daha sonra təhsilini " Baki Ali Birləşmiş Komandirlər" məktəbində davam etdir və 1986-ci ildə Moskvaya hərbi xidmətə gondərilmişdi.Moskvada Suvari alayinda kapitan kimi xidmət edən H. Elsəvər " Qusursuz Xidmətə Gorə" medalina layiq görülür.
1991-ci ildə Mustəqil Azərbaycan Ordusunda xidmət etməy məqsədilə vətənə qayidir.
1992-ci ildə E. Huseynov Agdərənin Levonarx, Akop-Komari, Maqauz , Kasapet, Madagiz, Drmbon, habelə Fuzulinin Dilagarda və s. kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə bilavasitə iştirak edir.
Aqromer kəndi yaxınlıqında aparılan əməliyatı isə Kapitan E. Hüseynov özü hazırlayır və bu əməliyat uğurla nəticələnir. E. Hüseynov komandiri olduğu bölük ilə düşmən döyüşcülərini məhf edərək əhəmiyyətli yüksəkliyi ələ keçirir.Yüksək məharətlə aparılan bu döyüş zamanı sarsıdıcı zərbə alan düşmən döyüş meydanında çoxlu hərbi silah sursat qoyaraq geri qaçırlar və 8 erməni əsgəri əsir götürülür.
Drmbon kəndi uğrunda gedən döyüşlərdə kapitan E. Hüseynovun idarə etdiyi PDM vurulur peşəkar hərbici olan E. Hüseynov maşındakı bütün yaralı silahdaşlarıni xilas etdi və kömək gələnədək düsmənlə tək başina vuruşur.
1994-cu ildə aprelin 25 də "N" hərbi hissənin komandir muavini E. Hüseynov döyüş tapşırıqı aldı.Tapşırıqa görə o, döyüşçülərini nəzərdə tutulan məntəqəyə Şıxlar kəndinə aparıb çıxarmalı idi.Kəndə yaxınlaşanda E. Hüseynovu təcrübəsinə əsaslanaraq , şəxsi heyətə müdafiə mövqeyi tutmağı emr edir özü isə döyüşçu yoldaşi Aydın ilə kəşfiyyata yollanır.Yüksək hərbiçi səriştəsi, tabeliyində olan hər bir əsgər və zabitin taleyinə məsuliyyət hissi ilə yanaşan E .Hüseynovu bu qərara gəlməya əsas verən şübhələri öz əksin tapdı.Çox kecmədi ki, şübhələr özünü doğrultdu. Döyüşçülərimiz mühasirəyə düşmüşdü.Cəsur komandir düşmənlə qeyri-bərabər döyuşə atıldı. Son nəfəsinədək vuruşan Aydın və Komandir Elsəvər qəhrəmancasina Şəhid oldu. Çoxlu sayda itgilər verən ermənilər geri çəkilməy məcburiyyətində qaldılar.Oz canları bahasına əsgər və zabit heyyətini düşmən mühasirəsindən qurtardilar.
SƏHİDLİK zirvəsinə ucalan E. HÜSEYNOV olumundən sora Azərbaycan Respublıkasınin Prezidentinin 1994-cu il 9 oktyabr tarixli fərmanı ilə göstərdiyi igidliklərə görə Elsəvər Sabir oglu Hüseynov " Azerbaycan Bayraq" ordenli ilə təltif olundu.
Bü gün E.Hüseynovun ailəsində onun adini daşıyan nəvəsi boyüyür. Oda babasinin adı ilə hər bir Azərbaycanlı kimi həmişə qürür duyacaq. Babasi kimi oda Vətəninə, millətinə layiqli övlad olacağına əminik.

Ravin Həsənov

Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir
Şəhidləri unutmaq bir cinayətdir

Oxunub: 1 378
Oxşar xəbərlər
SON XƏBƏRLƏR