dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı məktubu göndərib

Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Oxunub: 846
Oxşar xəbərlər
SON XƏBƏRLƏR