dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir

Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində “Muğam Dünyası” klubunun könüllüləri 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçiriblər.

Djb.az-a İctimai Birlikdən bildiriblər ki, tədbirdə “Muğam Dünyası” klubunun sədri Nicat Müslümov 20 Yanvar faciəsi barədə geniş məlumat verib. Bildirib ki, həmin gün tariximizdə qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanışı, xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola, milli qürurumuzu qıra bilmədi. Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz şəkildə ortaya qoydu. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

Qeyd edilib ki, Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq.

Mədinə Gondolova
Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir
Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir
Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir

Oxunub: 1 092
Oxşar xəbərlər
SON XƏBƏRLƏR