dini radikalizm və ekstremizmlə mübarizə

Bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!

Bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!
Kimliyindən, siyasi əqidəsindən asılı olmayaraq ümumi maraqlar naminə Azərbaycan vətəndaşı olan bizlər,bir-birimizə dəstək olmalıyıq.Xüsusən də xarici ölkələrin əks-kəşfiyyat orqanalrının daxilimizdə müəyyən sıxıntılar yaratmaq istədikləri bir vaxtda.
Dəyərli dostlar, elə bilməyin ki, əhalinin böyük əksəriyyətinin sıxıntı içərisində olduğu bir vaxtda mən hər şeydən razıyam.Qətiyyən yox.Şahidəm ki, bir çox dövlət idarələrində insanlar qəsdən incidilir, xalqı mövcud hakimiyyətdən narazı salmağa çalışırlar.
Unutmaq olmaz ki, dövlət qulluqçuları və məmurlarının, Milli Məclis deputatlarının,habelə, hüquq-mühafizə orqanlarının tərkibində Azərbaycan xalqına ləyaqətlə xidmət edən insanlar var. Biz, elələrini əhaliyə tanıtmalıyıq, onların müsbət xarakterlərini, iş əmsallarını alqışlamalıyıq.
Belə ziyalılardan biri də Milli Məclisin deputatı Qənirə Paşayevadır. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəallığını müşahidə edən Qənirə xanım, daim bizimlə əməkdaşlıq edir.Öz şəxsi həyatını arxa planda saxlayaraq ilin bütün fəsillərində tədbir, görüş və anma mərasimlərində, tele-radio çəkilişlərində iştirak edən, işğaılçı Ermənistanın törətdiyi vəhşilikləri beynəlxalq aləmə bizdən yaxşı çatdıran Q.Paşayeva fəxrimizdir.
Məhz bu və ya digər keyfiyyətlərinə görə biz, hörmətli Qənirə xanımla qürur duyuruq.
Şəkillərdə:1. Ön cəbhədə xidmət edən zabit, gizir və əsgərlərlə görüşə gedən "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin fəalları və qonaqlar Tovuz şəhərində rayon İcra Hakimiyyətinin Başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva ilə çay süfrəsi arxasında səmimi söhbət edirlər;
2.Birlik sədrinin doğum günü ilə əlaqədar təbrikə gələn Qənirə xanım Şamil Sabiroğluna qiymətli hədiyyəni təqdim edir( doğum günümlə əlaqədar tədbiri təşkil edən "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovaya,"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədr müavini Dilbər xanım Sultanovaya, Birliyin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna xanım Allahyarqızına və zəhməti olan digər şəxslərə təşəkkür edirəm) ;
3.Qənirə Paşayeva, Şamil Sabiroğlu və Şamil müəllimin yeganə övladı Şamilə xanım xatirə fotosu çəkdirirlər.
Yaddan çıxarmayın: Biz, bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!


Hörmətlə,


Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri

Bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!
Bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!
Bizə dəyər verənlərin yanında olmağı özümüzə şərəf duyuruq!

Oxunub: 1 101
Oxşar xəbərlər
SON XƏBƏRLƏR