Millət Vəkili Aydın Mirzəzadənin Akademiklərimzii tanıyaq layihəsindən bu dəfə akademik Abdinov Cavad Şahvələd oğlu
5 yanvar 1940-cı ildə Azərbaycan Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri üzrə elmlər doktoru, professordur.
Namizədlik (PhD) dissertasiyasının mövzusu: "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi".
Doktorluq dissertasiyasının mövzusu : " Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri"
26 aprel 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiasının müxbir, 2014-cü ildə həqiq üzvü (akademik) seçilib.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 330
Xaricdə çıxmış elmi əsərlərinin sayı 213
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 124
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 29
24 nədər fəlsəfə doktoru, 4 nəfər elmlər doktoru yetişdirib.
Əsas elmi nailiyyətləri
----------------------------
Elektron çeviriciləri üçün yüksək perspektivli selen, bismut tellurid, qurğuşun tellurid, civə tellurid, bir sıra keçid və nadir torpaq elementləri xalkogenidləri, bismut–stibium və bunların bərk məhlullarında, onlar əsasında strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin mexanizmləri müəyyənləşdirilmiş, bu əsasda müxtəlif yüksək effektivlikli yarımkeçirici materiallar, termo- və fotoelektrik çeviriciləri yaradılıb istehsalata tətbiq edilmişdir.
Elmi əsərlərinin adları :
-----------------------------
1. “Физика селена» (монография), Баку, «Элм», 1975, 408 с.
2. «Развитие физики селена» (монография), Баку, «Элм», 2000, 232 с.
3. Физико-химические и электрические явления на границе раздела кристаллов твердых растворов систем Bi2Te3-Sb2Te3, Bi2Te3-Bi2Se3 с контактными материалами. РАН Неорг. материалы, т.33, № 4, с.27-38, 1997.
4. Электрические свойства монокристаллов PbTe с избытком теллура. ФТП, т.45, вып.4, с.1446-1450, 2011.
5. Влияние отжига на электрические свойства монокристаллов Pb1-x Mnx Te с избытком теллура. ФТП, т.48, № 2, с.149-151, 2014.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
--------------------------------------------------------------------------------
1. AMEA FRTEB-in Büro üzvü
2.Elmlər Akademiyaları Beynəlxalq Assosiasıyası Elektron Texnikası Funksional Materialları Elmi Şurasının üzvü
Pedaqoji fəaliyyəti :
-------------------------
45 il ali məktəbdə (əvəzçiliklə)
Digər fəaliyyəti :
---------------------
AMEA “Xəbərlər” və “Fizika” jurnallarının redaksiya heyətlərinin üzvü
Təltif və mükafatları :
--------------------------
1. "Şöhrət" ordeni
2. "Şərəf nişanı" ordeni
3. “Rəşadətli əməyə görə” medalı
4. “Əmək veteranı” medalı
5. Azərbaycan Dövlət mükafatı laureatı
6. Komsomol mükafatı laureatı
İş yeri və vəzifəsi :
------------------------
AMEA Fizika İnstitutu direktorunun elmi işlər üzrə direktor müavini, laboratoriya rəhbəri