İsrail Livanla qoşunların mərhələli şəkildə çıxarılmasına başlanması barədə çərçivə sazişi imzaladıqdan bir gün sonra ölkənin cənubundakı Nəbatiyə rayonuna hücum edib.
Bu barədə Livanın dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, zərbə İsrailin pilotsuz uçuş aparatı ilə endirilib. Mümkün tələfat və dağıntılar barədə təfərrüatlar hələlik açıqlanmır.
Qeyd edək ki, iyunun 26-da İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə İsrail Müdafiə Ordusu bölmələrinin Livanın cənubundakı bir sıra rayonlardan mərhələli şəkildə çıxarılmasının başlanmasını nəzərdə tutan çərçivə sazişi imzalayıblar. Sənəd münaqişənin dayandırılmasını, Livanın özünün bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı birləşmələrin tərksilah edilməsini və onlarla bağlı infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxarılacaq.
Oxunub: 0