dini radikalizm və ekstremizmlə mübarizə

Növbəti itirəcəyimiz yer Zəngəzur və Göyçə mahalı olacaq - İşxan Saqatelyan


“Bu görüşlərdə (Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü nəzərdə tutulur) erməni gündəmi yoxdur, erməni maraqlarını heç kim qorumur”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə mitinqdə Ermənistan parlamentinin deputatı İşxan Saqatelyan danışıb.

“Hər iki tərəfdən Türkiyə-Azərbaycan ittifaqı Ermənistandakı “tərəfdaşlarının” köməyi və iştirakı ilə ölkəni nəhayət kapitulyasiyaya salmağa çalışır. Türkiyə və Azərbaycanın qırmızı xətlərinin olduğunu düşünənlərin hamısı dərin yanılır.

Növbəti itirəcəyimiz yer Zəngəzur və Göyçə mahalı olacaq. Sonra isə İrəvandakı Şimal prospektinə çatacaqlar”, deyə o, qeyd edib.

Xatırladaq ki, İşxan Saqatelyan Paşinyana məxsus “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının səs çoxluğu ilə vitse-spiker vəzifəsindən çıxarılıb.

Oxunub: 280
Oxşar xəbərlər
SON XƏBƏRLƏR