dini radikalizm və ekstremizmlə mübarizə

Ukraynada döyüşən rusiyalı hərbçilərin yaxınları hökümətə MÜRACİƏT ETDİLƏR - VİDEO

Ukraynada döyüşən rusiyalı hərbçilərin yaxınları hökümətə MÜRACİƏT ETDİLƏR - VİDEO

Ukraynada döyüşən rusiyalı hərbçilərin yaxınları hökümətə müraciət ediblər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. Videoda Rusiyanın 5-ci Əlahiddə Mühafizə Tank Briqadasının (Buryatiya) hərbçilərinin arvadları ərlərini evlərinə qaytarmaq xahişi ilə hakimiyyətə müraciəti yer alıb.

“Hərbçilər əqli və fiziki cəhətdən yorğundurlar. Hamısında yüngül və ya orta dərəcədə kontuziya var. Çoxlarının soyuqdəyməsi var və həkim müayinəsi tələb olunur”, – deyə hərbçilərin arvadları bildiriblər.

Onlar respublika rəhbəri Aleksey Çıdenova müraciət yazaraq bildiriblər ki, yaxınları fevralın 24-dən Ukraynada xidmət edir, yorğun və xəstəliklərdən əziyyət çəkirlər, bütün bu müddət ərzində hərbi sahədə olublar. Qadınların sözlərinə görə, 46108 saylı hərbi hissənin hərbçiləri yanvar ayında Belarusda təlim keçmək üçün dislokasiya yerini tərk ediblər.

Həmin müraciəti təqdim edirik:

Oxunub: 364
Oxşar xəbərlər
SON XƏBƏRLƏR