dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb


Ermənistanda may ayının əvvəlindən davam edən gündəlik etiraz aksiyaları zamanı zorakılıq halları artıb.

Djb.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər verir. Qeyd edilir ki, etiraz aksiyaları çərçivəsində nümayişçilər artıq bir neçə dəfə hökumət binasına basqın etmək istəyiblər.

Artıq bir neçə gündür davam edən aksiyalar dövlət çevrilişi cəhdlərinə və küçə toqquşmalarına çevrildi.

Baş nazir Nikol Paşinyanın fəaliyyətini sərt tənqid edən müxalifətçilərlə dünən və bu gün polis əməkdaşları arasında toqquşmalar olub. Polisin sərt müdaxilə etdiyi etirazlar zamanı 100-dən çox nümayişçi saxlanılıb.

Paşinyanın əleyhdarları dünən axşam saatlarında yenidən paytaxt İrəvanda “Fransa” meydanına toplaşıblar. Nümayişçilər yürüş zamanı Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Yürüş zamanı Ermənistan polisi müdaxilə etməsə də, izdiham hökumət binasına yaxınlaşanda polis hərəkətə keçib.

Etirazçıların qarşısını kəsən polis nümayişçilərə qarşı sərt şəkildə müdaxilə etməyə başlayıb. Etirazçıları ərazidən dəyənəklərlə uzaqlaşdırmağa çalışan asayş keşikçiləri bəzi etirazçıları sürüyərək maşınlara mindirib.

Qeyd edilir ki, aksiyaçılar Paşinyanın iqamətgahına daxil olmaq istəyiblər, lakin polis əməkdaşları onların yolunu kəsib. Baş nazirin hökumət binasının yaxınlığında yerləşən iqamətgahına üz tutan nümayişçilər şüarlar səsləndirərək, Paşinyanın istefasını tələb ediblər.

Ermənistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə iyunun 3-də baş verən toqquşmalarda 39-u polis olmaqla, ümumilikdə 60 nəfər xəstəxanalara aparılıb.

Daxili İşlər Nazirliyi saxlanılanların sayını açıqlamır.

Oxunub: 285
Oxşar xəbərlər
SON XƏBƏRLƏR