dini radikalizm və ekstremizmlə mübarizə

Erməni deputat müxalifətə səsləndi: “Başa düşmədiniz ki, dalana dirənmisiniz”

Erməni deputat müxalifətə səsləndi: “Başa düşmədiniz ki, dalana dirənmisiniz”

“Dönüş nöqtəsi, Rubikon, həlledici gün, həlledici mərhələ, sıçrayışlı vəziyyət, ikili hakimiyyət, iqtidar panikadadır, iqtidar dağılır və s… Əziz müxalifətçi həmkarlar, tərəfdarlarınıza bu cür nəticəsiz açıqlamalar və ya təqdimatlar verməklə yorulmadınız?”.

Djb.az-ın məlumatına görə, KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının deputatı Arsen Torosyan “Facebook” səhifəsində yazıb.

“Başa düşmədinizmi ki, 2018 və 2021-ci illərdə keçirilən parlament seçkilərindən sonra formalaşan hökumət siyasi qüvvənin adından asılı olmayaraq, xarakterinə, ünvanına qarşı edilən tənqidlərin effektliliyinə görə artıq əvvəlki hakimiyyətə bənzəyə bilməz. Bu seçkilər “sizin” xoşunuza gəlməsə də, seçicilərin real iradəsini ifadə edib.

Siyasi qüvvə kimi çıxılmaz vəziyyətdə olduğunuzu, belə üsullarla növbəti seçkilərdə nə indiki reytinqinizi, nə də potensial səslərinizi artırmayacağınızı dərk etmədinizmi?

Dəyərli həmkarlar, başa düşmürsünüz ki, daxili “düşmənləri” müəyyənləşdirmək, bu düşmənlərə müxtəlif adlar vermək və onlarla ziddiyyətli məntiqlə (bayraq, mahnı və s.) mübarizə aparmaq siyasətiniz iflasa uğrayıb?

Onilliklər ərzində çoxlarını çaşdıran, tamamilə yalan, köhnəlmiş, əks-məhsuldar proqramınızın maskasının indi cırıldığını başa düşmədinizmi?Bunu nə vaxt başa düşəcəksiniz…

P.S. Hər bir hakimiyyətin, siyasi qüvvənin səhvləri, çatışmazlıqları olur. Sağlam siyasi qüvvələr

deyirlər ki, əgər vicdanlıdırlarsa (4 ildir ki, vicdanlıdırlar) növbədənkənar və ya adi seçkilərdə mütəmadi olaraq seçicilərin qarşısına çıxsınlar. Qeyri-sağlam və ya antidemokratik qüvvələr öz səhvlərini etiraf etmir, seçicilərə bu haqda danışmır, hakimiyyətə can atmanın demokratik alətlərini rədd edir, hakimiyyəti sadəcə seçkisiz ələ keçirmək istəyir. Bu da ona görə nəticə verməyəcək ki, biz hakimiyyətdən yapışırıq. Ona görə ki, Ermənistanda demokratiya mütləq dəyər olmalıdır, heç kim bu dəyəri sarsıtmamalıdır”, – Ermənistanın hakim partiyasının deputatı qeyd edib.

Oxunub: 288
Oxşar xəbərlər
SON XƏBƏRLƏR