dini radikalizm və ekstremizmlə mübarizə

Nazarbayev: “Qanunu pozan qohumlarım məsuliyyətə cəlb edilməlidir”

Nazarbayev: “Qanunu pozan qohumlarım  məsuliyyətə cəlb edilməlidir”

Əgər qohumlarından biri qanunu pozmaq üçün onun adından istifadə edibsə, o zaman məsuliyyətə cəlb edilməlidir.

Djb.az olke.az-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev öz Telegram kanalında qazax politoloqu Daniyar Aşımbayevə müsahibəsində deyib.

“Uzun illərdir ki, biz Qazaxıstanda hüquqi dövlət qururuq. Onun əsas prinsipi qanunun hamı üçün bərabər olmasıdır. Əgər qohumlarımdan hər hansı birisi arxamdan iş çevirib qanunu pozmağa cəhd edibsə, onlar məsuliyyətə cəlb olunub qanun qarşısında cavab verməlidir”, – Nazarbayev qeyd edib.

Nazarbayevin sözlərinə görə, günahı məhkəmədə sübuta yetirilməlidir: “Unutmamalıyıq ki, hər bir vətəndaşın hüquqi müdafiə hüququ var”.

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR