dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyanın arvadı Zəngilanda qızıl axtaran erməni iş adamı ilə görüşdü - SÜRİXDƏ

Paşinyanın arvadı Zəngilanda qızıl axtaran erməni iş adamı ilə görüşdü - SÜRİXDƏ

“Sürixdə iş adamı, İsveçrənin saat şirkəti olan “Franck Muller” şirkətinin həmtəsisçisi, baş direktor Vardan Sirmakes ilə görüşdüm”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, uzun fasilədən sonra “əziz həmvətəni” ilə maraqlı söhbət edib.

“2018 və 2019-cu illərdə İsveçrəyə səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Xüsusilə də Cenevrənin erməni icmasının nümayəndələri ilə təmaslar yadda qalıb. Mən onlarla yaxşı əhval-ruhiyyədə və sağlam vəziyyətdə yenidən görüşməyi səbirsizliklə gözləyirəm”, – Akopyan qeyd edib.

Xatırladaq ki, erməni əsilli iş adamı Vardan Sirmakes işğal olunmuş Azərbaycan ərazilərində – Kəlbəcər rayonunda və Zəngilanın Vejnəli kəndində qızıl axtarıb.

Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR