dini radikalizm və ekstremizmlə mübarizə

Donetskdə 5 mindən çox ukraynalı hərbi əsir var – Separatçı rejimin rəhbəri

Donetskdə 5 mindən çox ukraynalı hərbi əsir var – Separatçı rejimin rəhbəri

Qondarma “Donetsk Xalq Respublikası” ərazisində Ukrayna silahlılarının 5 mindən çox hərbi əsiri var.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı qondarma “DXR”in (Donetsk Xalq Respublikası) rəhbəri Denis Puşilin yayıb.

“Azovstal”dan təslim olan “Azov”un sonuncu bölmələrindən 2439 nəfər var. Ondan əvvəl isə təxminən 3 min nəfər silahları yerə qoyub”, – Puşilin bildirib.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində rəsmi Kiyev tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.

Onun sözlərinə görə, “Ukraynanın demilitarizasiyası və denazifikasiyası”nın həyata keçirilməsi, Donbasda “mülki əhaliyə qarşı qanlı cinayətlərə” cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.

Oxunub: 389
Oxşar xəbərlər
SON XƏBƏRLƏR