Almaniya kansleri Olaf Şolz deyib ki, onun ölkəsi Ukraynanı öldürücü silahlarla təmin etmək niyyətində deyil.
Djb.az Apa-ya istinadən xəbər verir ki, kansler bu barədə Amerika Birləşmiş Ştatlarına səfər öncəsi ARD telekanalının efirində bildirib.
"Almaniya hökumətinin çox aydın kursu var: biz böhranlı bölgələrə həmçinin Ukraynaya öldürücü silahlar tədarük etmirik”-deyə Olaf Şolz bildirib.
Oxunub: 841