dini radikalizm və ekstremizmlə mübarizə

Adımı sənə qoyum, səni də yana-yana - Ermənistan Prezidenti yenə SƏRSƏMLƏDİ

Adımı sənə qoyum, səni də yana-yana - Ermənistan Prezidenti yenə SƏRSƏMLƏDİ

Noyabrın 2-də Qlazqoda COP26 İqlim Dəyişikliyi sammitində Ermənistan Prezidenti sərsəm çıxış edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Britaniya pasportlu bu erməni absurd fikirlər səsləndirib və Bakını ittiham etməyə çalışıb. Onun sözlərinə görə, bir il əvvəl Qarabağ müharibəsi zamanı Azərbaycan guya qadağan olunmuş silah növlərindən istifadə edib, ətraf mühitə külli miqdarda ziyan vurub.

Sarkisyanın həyasızlığı o həddə çatıb ki, o, beynəlxalq tribunadan 30 il Azərbaycanın işğal etdikləri torpaqlarında törətdikləri vəhşilikləri Azərbaycanın üzərinə atmağa çalışıb. Meşə yanğınlarının və ekoloji bəlanın da səbəbkarı Bakı imiş. Bütün dünyanın görüb şoka düşdüyü azad olunmuş Qarabağ və ətraf rayonların vəziyyəti göz qabağındadır.

Sarkisyan Ağdamda, Cəbrayılda, Füzulidə və s. bölgələrimizdə törətdikləri vəhşiliklərdən niyə danışmadı?!

Ermənistanın bu cür sərsəm fikirli rəhbərliyinin bütün dünyanı aldatmaq cəhdləri davam edir. Lakin yalan ayaq tutar, yeriməz!

Oxunub: 446
Oxşar xəbərlər
SON XƏBƏRLƏR