dini radikalizm və ekstremizmlə mübarizə

Ruslar “Erməni zəvvarlar”ı Kəlbəcərə gətirdilər - RƏSMİ

Baxış Sayı:834

Ruslar “Erməni zəvvarlar”ı Kəlbəcərə gətirdilər - RƏSMİ

Qarabağdakı Rusiya sülhməramlı kontingentin hərbçiləri “erməni zəvvarları” Amaras (Xocavənd) və Gəncəsər monastırlarına (Kəlbəcər) müşayiət ediblər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Sülhməramlılar bu gün Amaras monastırına gələn zəvvarları müşayiət və təhlükəsizliyini təmin etdilər.

Ümumilikdə, 50-dən çox adam müşayiət olunub”, – sülhməramlı kontingent zabiti Mark Yegorçik deyib.

Sülhməramlılar 30 nəfər üçün avtobus ayırıb, qalanları isə Rusiya sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə monastırlara gəliblər.

İkinci marşrutda Xankəndindən Gəncəsər monastırına 40-dan çox “dindar” müşayiət olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR