dini radikalizm və ekstremizmlə mübarizə

Erməni valideynlər: "Ürəyimizi sızladan budur ki, Ermənistanda vəziyyət tamam başqa cürdür”

Erməni valideynlər: "Ürəyimizi sızladan budur ki, Ermənistanda vəziyyət tamam başqa cürdür”

“Əksər valideynlər müharibədə həlak olan oğullarından, sağalmayan ağrılarından, onları incidən məmurların ifadələrindən və hərəkətlərindən tez-tez danışırlar. Çünki bu ölkədə onların açıq yaralarına sanki tez-tez duz tökürlər”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri bir qrup erməni valideynin keçirdiyi mətbuat konfransından reportaj hazırlayan Lala Ter-Kazaryan bildirib.

Müxbir yazır ki, konfransda analar nisbətən daha çox danışır, atalar isə bir və ya iki söz əlavə edir, sonra əllərini müharibədən sonra saxladıqları boz saqqalların üstündən tuturlar.

“Bilirsiniz, bir insan belə təəssürat yaradır ki, yasımızla bu cəmiyyətin sevincinə müdaxilə edirik. Ölkədə atəşfəşanlıq edənlər elə düşünür ki, sanki bu, belə də olmalıdır. Cəmiyyətin bir davranış qaydaları olmalıdır, deyilmi? Kəndimizdə bir nəfər, hətta yaşlı bir insan ölsə belə, qırxa qədər bütün mərasimlər, xeyir işləri musiqisiz keçirilirdi. Qırxdan sonra kimsə bir toy, vəftiz və ya ad gününü qeyd etmək istəyirdisə, mütləq mərhumun yaxınlarından icazə və üzr istəməli idi. Bəs indi nə baş verir?”, – deyə jurnalist övladları ölən ataların söhbətlərindən fraqmentləri qeydə alır.

“Vyetnam müharibəsindən sonra bu ölkədə həlak olanların, yaralıların, əlillərin və əsgər ailələrinin ehtiyacları ilə məşğul olan qurum kimi xüsusi bir nazirlik yaradıldı. Əsl dövlətdə belə olmalıdır. Ürəyimizi sızladan budur ki, Ermənistanda vəziyyət tamam başqa cürdür”, – deyə valideynlər vurğulayıb.

Oxunub: 429
Oxşar xəbərlər
SON XƏBƏRLƏR