dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ təlimlər zamanı onlarla qırıcı təyyarələrini Polşaya göndərib

ABŞ təlimlər zamanı onlarla qırıcı təyyarələrini Polşaya göndərib

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı təlim çərçivəsində onlarla qırıcı təyyarələrini Polşaya gönədərib.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak “Twitter”də açıqlama verib.

“Bu gün bir neçə ABŞ F-15 və F-16 təyyarələri Polşaya gətirilib. ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı, xüsusi olaraq Polşa hava limanlarından istifadə etməklə hərbi hava qüvvələrinin sürətli olaraq Avropada yerləşdirilməsini həyata keçirir”, - deyə nazir yazıb.


Onun sözlərinə görə, birgə təlimlər Mərkəzi və Şərqi Avropa bölgələrinin təhlükəsizliyini gücləndirəcək.

Oxunub: 379
Oxşar xəbərlər
SON XƏBƏRLƏR