Rusiya dünyada ilk dəfə heyvanlar üçün COVID-19 vaksinini qeydiyyata alıb.
Djb.az xəbər verir ki, APA-nın RİA "Novosti"yə istinadən xəbərinə görə, vaksin "Karnivak-Kov" adlanır. Keçən ilin oktyabrından vaksinin klinik sınaqlarında itlər, pişiklər, Arktika tülküləri və digər heyvanlar iştirak edib.
Araşdırmalar vaksinin zərərsiz olduğu qənaətinə gəlməyə imkan verir. Peyvənd olunmuş heyvanların hamısında koronavirusa qarşı antikorlar inkişaf edib.
Oxunub: 712