Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 89 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 177 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3123 nəfərə çatıb.
Ermənistanda 159 876 nəfər xəstəlikdən sağalıb.
Oxunub: 399