dini radikalizm və ekstremizmlə mübarizə

Kolumbiya polisi karantini pozaraq gecəyə qatılan 95 nəfəri həbs edib


Kolumbiya polisi şənbə günü paytaxt Boqotanın mərkəzində reyd zamanı karantin rejimini pozaraq gecə təşkil edənləri və yığıncağa dəvətliləri həbs edib.

APA yerli "El Tiempo" qəzetinə istinadən xəbər verir ki, gecəyə azyaşlılar da daxil olmaqla, 95 nəfər qatılıb.

Məlum olub ki, gizli yığıncaq üçün qonaqlara dəvətnamələr sosial şəbəkə vasitəsilə göndərilib.

Qeyd edək ki, son məlumatlara görə, Kolumbiyada koronavirusa 445 111 nəfər yoluxub. Ölüm sayı 14 492 nəfərə çatıb.

Oxunub: 609
Oxşar xəbərlər
SON XƏBƏRLƏR