Almaniyada son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 633 yoluxma halı qeydə alınıb, 4 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, Almaniyada indiyədək virusa yoluxanların ümumi sayı 206 242 nəfərə çatıb. Xəstəlikdən ölənlərin sayı 9122 nəfərdir.
Oxunub: 381