dini radikalizm və ekstremizmlə mübarizə

Ukraynada sərnişinlə dolu avtobusu girov götürən terrorçu saxlanılıb

Ukraynada sərnişinlə dolu avtobusu girov götürən terrorçu saxlanılıb

Ukraynanın Lutsk şəhərində silahlı şəxs 20-dək sərnişinin olduğu avtobusu girov götürüb, sonradan girovlar xilas olunub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu məqsədlə polis və xüsusi təyinatlılar əməliyyat keçirib. Terrorçuda silah və partlayıcının olduğu bildirilir.

Əvvəlcə əməliyyatçılar partlayış hücum əməliyyatı keçirərək avtobusa soxulublar və avtobusdakı sərnişinlər azad edilib. Bundan sonra terrorçu saxlanılıb.

Ukrayna DİN-dən verilən məlumata görə, bütün girovlar sağdır və onların səhhəti üçün heç bir təhlükə yoxdur.

Oxunub: 400
Oxşar xəbərlər
SON XƏBƏRLƏR