dini radikalizm və ekstremizmlə mübarizə

Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir

Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir

Özbəkistan hökuməti epidemiyanın geniş yayılması səbəbi ilə paytaxt Daşkəndin rayonlarında karantin tədbirlərini sərtləşdirmək qərarına gəlib.

Bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtın 513 məhəlləsinin 71-i mövcud vəziyyətlə əlaqədar “qırmızı zona”ya daxil edilib.


Məhəllələrin giriş və çıxışlarında gecə-gündüz olmaqla nəzarət məntəqələrinin qurulacağı bildirilib.

Son məlumatlara görə, ölkədə yoluxma hallarının sayı 6358-ə çatıb, 19 nəfər ölüb, 4377 nəfər sağalıb.

Respublikada karantin rejimi avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, Özbəkistanda ilk COVID-19 hadisəsi martın 15-də aşkar edilib. //Apa.az

Oxunub: 449
Oxşar xəbərlər
SON XƏBƏRLƏR