dini radikalizm və ekstremizmlə mübarizə

Səhhətində narahatlıq hiss etməyən 402 nəfər koronavirusa yoluxdu


Lüksemburq əhalisi arasında COVİD-19 xəstəliyinin yayılmasının və dinamikasının qiymətləndirilməsinə yönəlmiş milli araşdırma layihəsinin (CON-VINCE) tədqiqatçıları ölkədə epidemiyanın 2-ci dalğasından yayınmaq məqsədilə əhali arasında test aparıblar.

Yeni testin iştirakçıları əsasən CON-VINCE-nin aprelin ortalarından mayın 2-dək apardığı ilk testdə iştirak edənlərdir.

Tədqiqatlar nəticəsində məlum olub ki, 402 nəfər epidemiyaya yoluxsa da, heç bir əlamət və ya səhhətləri ilə bağlı narahatlıq hiss etməyiblər. Asimptomatik olan bu insanlarda aparılan seroloji testlərin nəticəsində qanlarında antikorlar aşkarlanıb.

Tədqiqatçılar bildiriblər ki, virusa qarşı antikorların artması heç də koronavirusa qarşı qəti immunitet yarandığını göstərmir. Ancaq “gizli daşıyıcılar” adlanan insanların mövcudluğu infeksiyanın yeni dalğasının başlanmasına potensial mənbə ola bilərlər. //Konkret.az

Oxunub: 416
Oxşar xəbərlər
SON XƏBƏRLƏR