dini radikalizm və ekstremizmlə mübarizə

Çinin neft-qaz şirkətində güclü yanğın olub


Çinin şimal-şərqindəki Lyaonin əyalətində yerləşən Çin Milli Neft-Qaz Şirkətinin (CNPC) obyektlərinin birində böyük yanğın baş verib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Yanğının baş verməsinə ildırım düşməsinin səbəb ola biləcəyi ehtimal olunur.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib. //Apa.az

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR