dini radikalizm və ekstremizmlə mübarizə

ÜTT-nin baş direktoru istefaya gedir

ÜTT-nin baş direktoru istefaya gedir

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo səlahiyyətləri 2021-ci ildə başa çatsa da, avqustun 31-də istefa verəcək.

Bu barədə baş direktor təşkilatın üzv ölkələrinin nümayəndələrinə açıqlamasında deyib:

“Mən səlahiyyət müddətimi bir il ixtisar edərək bu il avqustun 31-də vəzifəmdən getmək qərarına gəldim. Bu qərar heç də asan olmadı. Qərarımı ailəmlə birgə vermişəm”.

Xatırladaq ki, Azevedo daha əvvəl müsahibəsində iş prosesi həddindən çox sadələşdiyi üçün istefa vermək istədiyini bildirmişdi.

“Biz indi heç nə etmirik, heç bir danışıqlar aparmırıq, hər şey dayanıb. Adi iş prosesi ilə bağlı olan heç nə baş vermir”, - deyə Azevedo söyləyib. //“Qafqazinfo”

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR