dini radikalizm və ekstremizmlə mübarizə

İsraildə koronavirusa yoluxanların sayı 15,5 mini keçib


İsraildə son 24 saat ərzində koronavirus infeksiyasına yoluxma hallarının sayı 89 nəfər artaraq 15 555-ə çatıb. Ölənlərin ümumi sayı isə 204-ə yüksəlib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ötən gün 126 nəfərin vəziyyəti ağırlaşıb.

Onlardan 96 nəfərin süni tənəffüs cihazına ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, bazar ertəsi 404 nəfər sağalıb. Ümumi sağalanların sayı 7200-ə çatıb.

Oxunub: 451
Oxşar xəbərlər
SON XƏBƏRLƏR