dini radikalizm və ekstremizmlə mübarizə

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı

Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı

Ermənistanda son 24 saatda koronavirusa yoluxanların sayı daha 48 nəfər artaraq 1 339 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi açıqlama yayıb. Bildirilib ki, ötən gün ərzində virusdan ölənlərin sayı da daha 2 nəfər artaraq 22-yə çatıb, 580 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb. Ölkəyə giriş-çıxış dayandırılıb, kütləvi tədbirlər qadağan edilib. İctimai nəqliyyatın fəaliyyətinə də qadağa qoyulub.

Oxunub: 384
Oxşar xəbərlər
SON XƏBƏRLƏR