dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyada əcnəbilərin vətəndaşlıq almaq proseduru sadələşdirildi


Onlara mənsub olduqları ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verilir

Rusiya Dövlət Duması əcnəbilərin Rusiya vətəndaşlığını almaq prosedurunun sadələşdirilməsi haqqında qanun layihəsini qəbul edib.


Versus.Az xəbər verir ki, yeni qanun layihəsində Rusiya vətəndaşlığı almaq istəyən xarici ölkə vətəndaşlarına Rusiya vətəndaşlığını qəbul edərkən mənsub olduğu ölkənin vətəndaşlığından imtina etməmək icazəsi verir.



Bundan başqa, yeni qanunla Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilərdən 3 il Rusiyada yaşamaq məcburiyyəti tələbi də ləğv edilib.

Qeyd edək ki, indiyə kimi Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlərdən biri mənsub olduğu ölkənin vətəndaşlığından imtina etmək idi. Bundan sonra isə bu şərt tələb olunmayacaq.

Oxunub: 417
Oxşar xəbərlər
SON XƏBƏRLƏR