dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin Səhiyyə naziri: "Çindən gətirilən vətəndaşlarla bağlı hələlik narahatlıq yaradan səbəb yoxdur"

Türkiyənin Səhiyyə naziri: "Çindən gətirilən vətəndaşlarla bağlı hələlik narahatlıq yaradan səbəb yoxdur"

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankarada karantində saxlanılan, aralarında Azərbaycan vətəndaşlarının olduğu Çindən gətirilənlər və tibbi-texniki heyətlə bağlı açıqlama verib.

APA-nın yerli bürosunun xəbərinə görə, nazir bildirib ki, karantində saxlanılanlardan götürülən analizləin bəzilərinin nəticələri açıqlanıb. İndiyədək məlum olan nəticələrdə narahatlıq yaradan bir səbəb ortaya çıxmayıb. Nazir deyib ki, digər analizlərin hamısı sabah müəyyən olunacaq.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 21:12-də Çinin Uhan şəhərində aralarında 6 Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvələri Qurumlarının aeroportuna enib. Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində “Koca Yusuf” təyyarəsinin sərnişinləri və təyyarədəki 20 heyət üzvü xüsusi ambulansla Ankarada Zəkai Tahir Burak xəstəxanasına çatdırılıb. Çindən təxliyyə edilənlər və tibbi-texniki heyət xəstəxanada öncədən hazırlanmış şəraitə uyğun xüsusi şəkildə izolyasiya olunmuş fərdi otaqlarda yerləşdiriliblər.

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR