dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan Prezidenti: “Etnik azlıqların dövlət dilini bilməməsi onların inteqrasiyasına mane olur”

Gürcüstan Prezidenti: “Etnik azlıqların dövlət dilini bilməməsi onların inteqrasiyasına mane olur”

“Gürcüstanın Samtsxe-Cavaxeti və Kvemo-Kartli bölgələrində yaşayan müxtəlif millətlərdən olan bir çox vətəndaş rəsmi dövlət dilini bilmir. Bu, onların inteqrasiyasına mane olur”.

APA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O bildirib ki, etnik azlıqların ölkənin sosial və mədəni həyatında daha yaxşı iştirakını təmin etmək üçün müxtəlif addımlar atılır.

“Tbilisi və Kutaisidə pravoslav, katolik və erməni qriqorian kilsələri, sinaqoq və məscidlərin yan-yana yerləşir. Tbilisidəki məsciddə şiələr və sünnilər birlikdə namaz qılırlar. Bu tolerantlıq və birgə yaşayış ənənəsi bu günə qədər davam edir. Əsrlər boyu birlikdə yaşamışıq və bu müxtəliflik ölkəmizin sosial-iqtisadi inkişafının vacib tərkib hissəsidir. Milli azlıqlar öz mədəniyyətlərini, ana dilini və adət-ənənələrini həyata keçirməkdə o qədər azaddırlar ki, hətta Samtsxe-Cavaxeti və Kvemo-Kartli bölgələrində yaşayan bir çox millətdən olan vətəndaşlar dövlət dilini bilmirlər, bu da onların inteqrasiyasına mane olur”, - deyə S. Zurabişvili qeyd edib.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR