Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.
APA-nın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, Q. Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirilib.
Qadın isə uşağı naməlum istiqamətə aparıb. Q. Nazaryan hesab edir ki, keçmiş arvadı uşağı oğurlayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Oxunub: 489