Nəhəng avtomobil istehsalçıları yayılmaqda olan koronavirus səbəbindən işçilərini Çindən geri çağırır və ölkədə ümumiyyətlə istehsalın dayandırılması nəzərdən keçiririlər.
"APA-Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, ölkədə avtomobil istehsalı Çində qeyd olunan Yeni ili bayramı ərəfəsində (25 yanvar – red.) dayanmışdı. Bu həftə istehsala yenidən başlanılmalı idi ki, sözügedən proses hələ də bərpa olmayıb.
"Honda Motor" və "PSA Group" kimi nəhəng avtomobil istehsalçıları koronavirusun yayılmasının episentri olmuş Vuxan şəhərindən işçilərini geri çağırır. Bunda başqa, “Nissan” şirkəti də işçilərinin əksər hissəsini ailələri ilə birlikdə geri çağırmağı planlaşdırır.
ABŞ-ın Çindəki ən böyük avtomobil istehsalçısı olan "General Motors" fevralın 2-dən sonra ölkədəki istehsalın dayandırılmasını uzadacağına dair hələ qərar verməyib. Sözügedən şirkətin Vuxandakı zavodunda 6 min işçisi var.
Qeyd edək ki, "Ford Motor", "Fiat Chrysler" və "Volkswagen of America" kimi digər avtomobil istehsalçıları da iş əməliyyatlarına və ölkəyə səyahətə məhdudiyyət qoyub.
Oxunub: 476