Meksikada 2019-nCoV – yeni növ koronavirusa yoluxma şübhəsi ilə əlaqədar üç nəfər nəzarətə götürülüb.
APA xəbər verir ki, bu barədə “Excelsior” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, xəstəliyin əlamətləri bir kişidə, qadında və iki yaşlı qızda müşahidə edilib. Onlar ölkənin qərb hissəsindəki Xalisko ştatında yaşayır. Bildirilir ki, adı çəkilən kişi bu yaxınlarda virusun yayılmasının mərkəzinə çevrilmiş Çinin Uhan şəhərindən qayıdıb.
Buna qədər Meksikanın digər bölgələrində iki xəstə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin laboratoriya tədqiqatlarının nəticələri onların heç birinin bu xəstəliyin daşıyıcısı olmadığını göstərmişdi.
Oxunub: 526