İranın İraqda yerləşən ABŞ hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə İranın “Press TV” kanalı məlumat verib.
İran İnqilab Keşikçiləri Korpusu general Qasım Süleymaninin öldürülməsinə görə qisas əməliyyatının başladığını elan edib.
İraqın qərbindəki Ein əl-Əsəd bazası və ABŞ hərbi kontingentinin yerləşdiyi Ərbildəki baza İran tərəfindən raket atəşinə tutulub. Hücumdan sonra ABŞ prezidenti Donald Tramp "hər şeyin qaydasında olduğunu” deyib.
Oxunub: 453