Son bir həftə ərzində Hollandiyanın Amsterdam, Rotterdam və Utrext şəhərlərində yerləşən müxtəlif rpofillər üzrə fəaliyyət göstərən (otel, 2 yanacaqdoldurma məntəqəsi, avtomobil salonu, əmlak agentliyi) 5 şirkətə içərisində bomba olan paketlər göndərilib.
Djb.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “NL Times” nəşrində məlumat dərc edilib.
Məktubların üstündə göndərən şirkətin – “CIB”in loqotipi əks olunub.
Polis dərhal hərəkətə keçərək “CIB” şirkətinin ofisində axtarışa başlayıb. Axtarış nəticəsində 6-cı belə bir məktub aşkarlanıb.
Yerli polisin açıqlamasında qeyd edilib ki, bombalı məktublar ünvanlara çatdırılsa da, heç biri partlamayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik şübhəli şəxslərin tutulduğu barədə açıqlama verməyib.
Hollandiya hökuməti Rotterdam sakinlərini “CIB”dən məktub alarkən ayıq olmağa çağırıb.
Oxunub: 466