ABŞ-ın Texas ştatının sahillərinə doğru tropik qasırğa yaxınlaşır. Milli Qasırğalar Mərkəzinin verdiyi məlumata görə, Texas sahillərindəki cərəyan tropik fırtınaya çevrilib və ona “İmelda” adı verilib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu mövsüm cərəyanın on birincisi çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb. Mərkəzdən bildirilib ki, tropik fırtına saatda 11 kilometr sürətlə şimala doğru gedir və burada küləyin ən yüksək gücü saatda 55 kilometrə çatır.
Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən 90 kilometr aralıqda yerləşib. Qasırğa Mərkəzi xəbərdarlıq edir ki, cümə axşamına qədər davam edəcək fırtına Texas və Luiziananın sahil ərazilərinə yağıntı gətirəcək.
Oxunub: 513