Şeremetevo hava limanında "Rusiya" aviaşirkətinə məxsus təyyarənin uçuşu dayandırılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskva-Vladivostok reysini yerinə yetirəcək təyyarənin uçuşunun dayandırılmasına səbəb mühərriklərdən birindəki tüstünün müşahidə edilməsi olub.
Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun nümayəndəsi Yekaterina Korotkovanın sözlərinə görə, bu gün saat 18:55 radələrində Şeremetevo hava limanında “Rusiya Hava Yolları” aviakompaniyasına məxsus təyyarəsi Moskva-Vladivostok reysilə uçuşa hazırlaşan zaman mühərriklərdən birində tüstülənmə müşahidə edilib. Təyyarədə 369 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb.
Qeyd edilib ki, təyyarə dəyişdiriləcək və sərnişinlər səyahətə davam edəcəklər.
Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi üçün yoxlamalara başlanılıb.
Oxunub: 526